16 sentyabr 2010 16:16
Andrey Qusin: Mahir Şükürov mətbuatda çox danışır
Rusiyanın "Anjı" klubunun məşqçisi Andrey Qusin azərbaycanlı futbolçu Mahir Şükürovun ölkə çempionatının 20-ci turu çərçivəsində "Rostov" qarşı keçirlmiş oyununu buraxması ilə bağlı öz fikirlərini bildirdi.
"Bəzi futbolçular elə düşünür ki, onlar digərlərdən çox fərqlənir, xüsusi əhəmiyyətə malikdirlər. Əslində bu belə deyil. Ola bilsin ki, bütün oyunçular özlərinə qarşı xüsusi diqqət istəyir. Lakin məşqçi kiməsə xüsusi tərzdə münasibət göstərə bilməz. Əlbətdə, hansısa bir məqamları nəzərə almaq olar. Lakin hal hazırda Şükürov mətbuatda çox danışır. Əgər Mahir nəsə demək istəyirdisə, o zaman bu haqda məşqçi ilə danışmalı idi. Onun yorğunluğuna gəldikdə isə... Biz ona bir-iki ay müddətinə istirahət verə bilərik", - azerisport.az xəbər verir ki, bunu Qusin dedi.
Onun sözlərinə görə, Şükürov hər bir məğlubiyyətdən sonra özünə tez bir zamanda gəlməlidir: "O artıq böyük bəyantlar verib. Bundan sonra da özü elə onlardan da zərər çəkdi. Hesab edirəm ki, bu cür şeylər komandanın xeyirinə getmir".
"Bu gün onunla psixoloji durumundan söhbət edəcəm. Kim bilir, bəlkə onun əhvalını qaldırmaq üçün "Comedy Club"-ı çağırmalı olacayıq. Məni söz yox, iş maraqlandırır", - "Anjı"-nın məşqçisi bildirdi.
Mənbə: fc-anji.ru
