16 sentyabr 2010 17:02
ManUnited yarımmüdafiəçisini mövsümün sonuna kimi itirir
Xəbər verdiyimiz kimi, İngiltərənin "Manchester United" klubunun yarımmüdafiəçisi Antonio Valensia mövsümün böyük hissəsini buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, bu gün futbolçu əmilyyat olundu.
"Antonio üzərində əmiliyyat uğurlu keçdi. Sınıq yerini düzəltmək üçün oyunçuya plastina qoyuldu. Lakin bəndindəki zədəyə görə futbolçu mövsümün böyük hissəsini buraxmalı olacaq. Onun səhhətinə gəlincə isə, bütölükdə Antonio sağlamdır. Və yaşıl meydançaya mümkün qədər tez qayıtmaq istəyir", - "Manchester United"-in rəsmi saytındaki yerləşdirilən məlumatda bildirilir.
