16 sentyabr 2010 17:22
Gəncə`nin kapitanı: Daha bir heç-heçəni istəmirik
Azərbaycanın "Gəncə" klubunun kapitanı Azər Məmmədov ölkə çempionatının qarşıda gələn "Turan"-la oyun haqqında öz fikirlərini bildirdi.
"Bakı" ilə oyunda bəxt bizdən üz döndərdi. Onlar 9 nəfərlə qalmışdılar, udmalı idik. "Muğan"-la oyunda isə qələbəni son dəqiqədə əldən verdik. Beşinci heç-heçəni istəmirik. "Turan"-la oyunda nə heç-heçə, nə də məğlubiyyət haqqında düşünürük. Ancaq qələbə qazanmaq istəyirik. İnşallah, bunu bacaracağıq", - azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunu Məmmədov dedi.
