16 sentyabr 2010 17:44
Vinfrid Şefer: Belə legionerlərin gəlişi Azərbaycan futbolu üçün müsbət haldır
Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer komandanın legionerləri barəsində danışdı.
"Joel Epalle və ya Dare Nibombe kimi futbolçuların Azərbaycana gəlməsi tək "Bakı" klubu üçün deyil, Azərbaycan futbolu üçün müsbət haldır. Uşaqlar belə futbolçuları görüb nə isə öyrənə bilər. Onlar ustadılar. Onlar peşəkar futbolçunun özünü necə aparması, necə məşq etməsi haqqında uşaqlarda ilkin təsəvvür formalaşdırır", - Şefer "Toplu Bakı" jurnalına verdiyi müsahibədə bildirib.
