16 sentyabr 2010 11:58
İbrahimoviç növbəti nailiyyətə imza atıb
İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç daha bir nailiyyətə imza atıb. Azerisport.az xəbər verir ki, "Milan" İbranın karyerasında beşinci klubdur ki, Zlatan onun heyətində Çempionlar Liqasında qol vurub. Dünən "Auxerre"-lə oyunda isveçli hücumçu "rossonerinin" hər iki qolun müəllifi oldu. Bundan öncə o bu turnirdə "Ajax", "Juventus", "Inter" və "Barcelona" klublarının heyətində fərqlənib. Bununla belə İbra arqentinalı Ernan Kresponun nailiyyətini təkrarlayıb. Krespo da ÇL-də beş ayrı komandanın heyətində fərqlənib.
