16 sentyabr 2010 00:16

Məntiqsiz reytinq, yoxsa biyabırçılıqa qayıdış?

Bu gün FİFA yığma komandaların növbəti reytinqini açıqladı. Azerisport.az xəbər verir ki, Azərbaycan bu reytinqdə 21 xal qazanaraq, 102-ci pilləyə yüksəldi.

Təəccüblüdür? Təksizə yox. Bu reytinq kim tərəfindən təşkil olunması barəsində, açığı deyək ki, heçnə bilmirik. Lakn həmin bu naməlum şəxslər yığmamıza hərfi mənada 21 xal bağışlayıb. Gəlin millimizi nəinki avqust-sentyabr, ümumiyyətlə iyun ayından bu günə kimi olan oyunlarına nəzər yetirək. Küveyt və Almaniya yığmalarına qarşı oyundan başqa cəmi bir görüş yada düşür: Almaniyanın "Rust" klubu ilə oyun. Ola bilsin ki, nə isə çaş-baş salıblar və "Rust" ayrıca bir ölkə kimi təqdim olunub... Çünki bunun başqa izahı yoxdur. Əlbətdə ki, biz hamımız millimiz yüksəlməsinə şadıq. Sadəcə olaraq bu reytinq növbət dəfə öz lazımlığını sual altına qoyur. Neçə illərdir ki, həm futbolçu, həm məşqçi və futbol mütəxəssisləri bəyan edirlər ki, bu reytinqin təşkili düzgün deyil. Bu məsələni çox araşdırmaq istəməzdiki, lakin gəlin bizi qabağlayan və arxada olan komandalara nəzər yetirək.
 
Bizimlə 102-ci pilləni Tayland yığması bölüşdürür. Etiraf edək ki, Taylandın gücündən xəbərsizik. Statistikaya baxanda isə: son üç görüşdə bu komanda Hindistanla (160- cı pillə) iki, Sinqapurla (119) bir dəfə qarşılaşıb. Hər bu üç oyunda qələbə qazanıb, dörd qol vurub, birini isə buraxıb. Bu nəticəyə görə Tayland reytinqdə 11 xal topladı. 101-ci pillədə olan Sudan isə ay ərzində bir oyun keçirib – Konqo yığmasına (117) qarşı. Oyun 2-0 Sudanın xeyirinə bitdi. Və bu qələbəyə görə 97 (!) xal qazandı. Azərbaycan isə Küveyt millisi ilə 1:1 etdi, Almaniya ilə oyunda isə... Gəlin bu rəqəmləri birdə yada salmayaq. Və bu nəticəyə görə biz 21 xal qazandıq... Məntiqi tapa bilsəniz, bizə də çatdırın.
 
Həmçinin digər məqama da toxunmaq lazımdır. Nəhayət ki, biz bu reytinqdə Ermənistanı keçə bildik. Ancaq bir sual ortaya çıxır: bunun nə xeyiri var? Mənəvi cəhətdən, əlbətdə, bunun öz ləzzəti var. Lakin faydası nə? Reytinqdə yüksəlmək oyunun yüksəlişinə işarə etmir. Ümumiyyətlə yığmamızın bu ilki statistikasına nəzər yetirsək hər şey o qədər də pis görünmür. Lakin artıq bir neçə dəfə demək olar ki hər kəs tərəfindən səsləndirilən bir fikir, hətta bunu fakt da adlandırmaq olar: futbolçularımız vaxtından tez sevinirlər. Etiraf edək ki, ötən ildən başlayaraq millimizin oyununda doğrudan da əsl irəliləmə baş verib. Lakin bu il oyundan oyuna hərəkət əks istiqamətdə gedir. Komandadan ilk dəfə yaxşı oyunu məhz Almaniyaya qarşı ötən il keçirdiyi görüş idi. Baxmayaraq ki, biz 0:2 evdə, və 0:4 qonaq meydançasında məğlub olduk, ilk dəfə idi, oyunçuların göztərdiyi futboldan xəcalət çəkmirdik. Maraqlıdır ki, bu il məhz Almaniyaya qarşı biz ən biyabırçı oyun göstərdik. Acı istehza yoxsa qəribə təsadüf?
 
Bir şey aydındır ki, millinin oyununda nəsə mütləq dəyişməlidi. Berti Foqtsu Almaniya ilə seçdiyi taktikasına görə qınamaq düzgün olmaz. Lakin sadəcə müdafiədə oturmaq və topu uzaqlaşdırmaq taktikası ilə uzağa getmək mümkün deyil. Nə olsun ki, Almaniya DÇ-nin bürünc medalçısıdır? Onlar ömür boyu hansısa bir turnirin medalçısıdır. Amma buna baxmayaraq, keçən ilki oyun bu dəfəki oyundan qat-qat üstün idi. Çünki bu cür oyunlardan sonra sadə azərkeş nə vaxtlarsa futbolu ən sevimli idman növü kimi seçdiyindən xəcalət çəkir. Nə isə...
 
Əlavə demək olar ki, indiki məqsədimiz Gürcüstana çatmaq (21 pillə yüksələrək, 89-cu yerdədir), Ermənistanı arxada saxlamaq yox, oyunumuzun keyfiyyətini qaldırmaqdadır. Bu olmasa, heç bir reytinqdən danışmaq lazım deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.