17 sentyabr 2010 14:10
Şahin Diniyev: Hələ ki heçnə deyə bilmərəm
Rusiyanın "Terek"klubunun azərbaycanlı məşqçisi Şahin Diniyev azerisport.az saytına bildirdi ki, onun komandası "Zenit"-i məğlub etməyə çalışacaq.
"Cümə axşamı baş məşqçi Anatoli Baydaçnı ilə söhbət etdik. Məqsədimiz – "Zenit"-i məğlub etməkdir. Bu mövsümdə bunu bacaran ilk komanda olmaq istrəyirik. "Terek" yaxşı oyun nümayiş etdirir. Və əgər bizim bir az bəxtimiz gətirsə, məqsədimizə çata bilərik. Sonuncu turda hər kəs görə bildi ki, biz gözəl futbol sərgilədik. Həmçinin Avropa Liqasında "Zenit" Belçikanın "Andelecht" komandası ilə oyunu da var. Hesab edirəm ki, "Zenit"-in sadəcə olaraq bizə qarşı hazırlaşmaq vaxtı olmayacaq. Buna görə də bizim şansımız var", - Diniyev dedi.
Həmçinin, azərbaycanlı mütəxəssis digər komandaların ona olan maraqı barəsində də danışdı. "Klubla müqaviləm dekabrın 30-na kimidir və hələ ki heçnə deyə bilmərəm. Bir neçə klub mənimlə maraqlanır. Lakin konkret təklif hələ ki təqdim edilməyib. Yalnız "Terek"-lə müqaviləm başa çatandan sonra mən təkliflər üçün açıq olacam", - Diniyev bildirdi.
