17 sentyabr 2010 16:04
Nazim SÜLEYMANOV: O hər oyunda bir qol vursa idi bu daha yaxşı olar
Azərbaycanın AZAL klubunun baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibə verdi.
Arxada qalan beş turu necə qiymətləndirirsiniz?
Nə yaxşı, nə pis. Çünki biz ən güclü komanda olmayan "Turan", "Gəncə" və "Simurq"-la oynamışdıq. Yaxşı təsir bağışlamadıq. "Xəzər-Lənkəran"-la oyunda qolu son dəqiqələrdə buraxdıq. Buna görə də – nə yaxşı, nə pis.
Bəs "Bakı" üzərində qələbəni artıq unudmusunuz?
Mən nəticədən yox, oyundan danışıram. Əgər ümumilikdə beş turu götürsək, o zaman nəticə yaxşıdır. Lakin oyunun səviyyəsi məni hələ ki qane etmir. Bundan da yaxşı oynaya bilərdik. Bizim üçün hət oyun imtahan kimidir. Biz irəliləməliyik.
Qarşıda sizi "Qarabağ"-la oyun gözləyir. Bu komanda üçün irəliləməyə şansdır?
Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayacayıq. "Qarabağ" bütün Avropaya öz səviyyəsini göstərdi. Ağdamlılara qarşı biz daha da ciddi hazırlşacayıq.
Rəşad Sadıqovun gedişindən sonra "Qarabağ"-ın müdafiə ilə problemləri yarandı. Bundan başqa, hücümda Əfran İsmayılov da yoxdur. Bundan necə istifadə edəcəksiz?
İsmayılovun yoxluğu tək "Qarabağ"-ın deyil, bütün Azərbaycan futbolunun problemidir. O çempionatdan əvvəl zədələndi və hətta "Borussia" ilə oyunlarda da iştirak etmədi. Rəşada gəldikdə isə, o millimizin əsl lideridir. Və "Qarabağ"-da da lider olub. Buna baxmayaraq, hesab edirəm ki, komandada onu layiqincə əvəz edən bir futbolçu tapılacaq. Sualınıza isə belə cavab verəcəm: futbolda hər bir şeyə peşəkarcasına yanaşmaq lazımdır. Komand oyun və individual cəhətdən yaxşı hazırlşamaq vacibdir.
Bəs siz necə hazırlaşırsız?
Normal. Adi məşqlər keçiririk
Qarşıdaki oyun Tofik Bəhramov adına stadionunda təbii ot örtüyündə keçiriləcək. AZAL isə daha çox süni ot örütüyündə oynamağa alışıb. Buna baxmayaraq, siz ölkənin əsas arenasında "Bakı"-ya qalib gəlmişdiniz.
Azərbaycanda süni ot örütylərin olması çox pisdir. Bu nəinki AZAL-ın, bütün Azərbaycan futbolunun problemidir. Bu hətta psixoloji nəzərdəndə çətindir.
Futbolçular qarşısında hansı konkret məqsəd qoymusunuz?
Bütün oyunlarda qələbə qazanmaq istəyirik. Və "Qarabağ"-la görüş istisna deyil.
Baxmayaraq ki, komandanın hücumçusu Qvidas Yuşka beş oyundan ikisində fərqlənə bilib, o artıq dörd top vurub.
Stabil oynamaq lazımdır. Bu futbolçunun ustalığını göstərir. Yuşka hər oyunda bir qol vursa idi bu daha yaxşı olardı.
