17 sentyabr 2010 16:42
İngiltərə klubu Berti Foqtsu istəyir
İngiltərənin "West Ham" klubu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsu öz heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hazırki çalışdırıcı Avraam Qrantın yerinə namizəd axtarışındadır.
Lakin hələ ki aydın deyil, Foqtsun namizədliyi hansı səbələrdən nəzərdən keçirilir. Onun Britaniya futbolu ilə biliyi yalnız Şotlandiya yığmasına rəhbərlik etməsi ilə bağlıdır.
RP Online`nın məlumatına əsasən, hələ ki məlum deyil AFFA Foqtsu İngiltərəyə buraxacağ yoxsa yox. "West Ham"-in rəhbərliyi isə alman mütəxəssisin həm yığmada, həm də klubdaki işini birləşdirəcəyini istisna etmir.
Xatırldaq ki, Forqtsun AFFA ilə olan müqaviləsi 2011-ci ilin sonunda başa çatacaq.
