17 sentyabr 2010 17:20
Zenit Inter`in müdafiəçisini almaq istəyir
Rusiyanın "Zenit" klubu İtaliyanın "Inter" komandasına Lusio ilə bağlı təklif verdi. Azerisport.az xəbər verir ki, 32-yaşlı braziliyalı müdafiəçi "Zenit"-in qış transfer müddətində əsas məqsədi olacaq.
Sankt-Peterburq komandası Lusioya görə 7 milyon avro təklif etməyə hazırdır. Lusionun "neradzuri" ilə hazırki müqaviləsi 2012-ci ildə başa çatacaq.
Mənbə: Itasportpress
