17 sentyabr 2010 17:45
Joze Mourinyo: Portuqaliya yığması ilə bağlı məsələ mənim üçün bağlıdır
İspaniyanın "Real" klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya yığmasına başçılıq etməyəcək. Azerisport.az xəbər verir ki, bu məsələ onun üçün bağlıdır.
"Mənim ölkəmə olan fəxrim və məhəbbətim rədd cavabını verməyə imkan vermir. Lakin mən razılaşa da bilmərəm. Düşünürəm ki, "Real"-ın dünyasında məni düzgün başa düşməzlər. Milliyə başçılıq etmək üçün hər bir tərəfin razılığı olmalıdır. Mən isə inanmıram ki, bu alınacaq. Bu məsələ mənim üçün bağlıdır", - Mourinyo bildirdi.
Mənbə: Yahoo
