17 sentyabr 2010 00:09
Qus Hiddink: Məqsədimiz AVRO-2012-nin final mərhələsinə vəsiqə qazanmaqdır
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink komandasının məqsədlərindən danışdı. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis AVRO-2012-nin final mərhələsinə çıxmaq istədiyini bildirdi.
"Əsas məqsədimiz AVRO-2012-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Digər məqsədimiz isə - millini cavanlaşdırma prosesini komandaya ziyan olmadan keçirmək. Çalışacam ki, komanda elə üslub tapım ki, o türkiyəli futbolçuların təbii temperamentinə uyğun olsun. Yəni ki, hücuma meyilli üslub. Azərkeşlər üçün əsas odur ki, onların sevimli komandası gözəl futbol sərgiləsin", - Hiddink dedi.
Mənbə: FİFA
