17 sentyabr 2010 12:19
Real Mourinyonu buraxmağa razıdır
Portuqaliya Futbol Federasiyasının prezidenti Jilbertu Madail bildirdi ki, Madridin "Real" klubu baş məşqçisi Joze Mourinyonun Portuqaliya yığmasının müvəqqəti olaraq çalışdırmasına əleyhinə deyil. Azerisport.az xəbər verir ki, dünən Madail Madridə gələrək, "Kral klubunun" rəhbərliyi ilə danışığlar apardı.
"Real"-da bizim xahişimizə anlamla yanaşdılar. Və bildirdilər ki, heç bir maneçilik törətməyəcəklər. İndi hər şey Mourinyonun özündən asılıdır. O, hələ ki dəqiq qərar verə bilmir, çünki başı klubun işinə qarışıb", - Madail bildirdi.
Xatırladaq ki, AVRO-2012-nin seçmə mərhələsibndə Portuqaliya Kiprla heç-heçə etdi (4:4), Norveç millisinə isə məğlub oldu (0:1).
Mənbə: Marca
