18 sentyabr 2010 13:23
ManUnited`in yeni kapitanı müəyyənləşdi
İngiltərənin "Manchester United" klubunun baş məşqçisi ser Aleks Ferqüson bildirdi ki, bundan sonra komandanın kapitanı Nemanya Vidiç olacaq.
"İstəyirəm ki, kapitan elə oyunçu olsun ki, o hər oyunda meydançaya çıxsın. Hamı başa düşür ki, bu oyunçu Vidiçdir. Ötən mövsüm ərzində o sağlam idi. Və əgər Vidiçoyunda iştirak etmirsə, deməli ona istirahət verilib", - azerisport.az xəbər verir ki, bunu Ferqüson dedi.
Mənbə: Sky Sports
