18 sentyabr 2010 14:16
Eto`O karyerasını bitirmək barəsində düşünür
İtaliyanın "İnter" və Kamerun yığma komandasının hücumçusu Samuel Eto`O peşəkar karyerasını Fransada bitirmək istədiyini bildirdi.
"Bu cür dolğun futbolçu həyatında sonra karyeranı bir az sakit çempionatda bitirmək istiyərdim. Fransa əla variantdır. Misal üçün PSG klubu. Lakin mən Roje Millaya hörmət göstərmək istəyirəm. Buna görə də klub karyeramı "Monpelie"-də bitirməyə hazıram. Ümumiyyətlə klub seçimində pul məsələsi əsas olmayacaq", - azerisport.az xəbər verir ki, bunu 29-yaşlı Eto`O bildirdi.
Mənbə: afriquefoot.fr
