18 sentyabr 2010 14:46
Arqentina Braziliyanı keçdi
Son on il ərzində ilk dəfədir ki Arqentina dünya futbol bazarına ən çox oyunçu eksportçusu rəsmi statusunu qaytardı. Azerisport.az xəbər verir ki, bu barədə idman marketinqi sahəsində çalışan Euroamericas təşkilatının hesabatında bildirilir.
Son bir neçə il ərzində xarici klublara 1716 arqentinalı futbolçu satılıb. Müqayisə üçün Braziliya xaricə 1443 futbolçu göndərib. Bununla da Arqentina bu reytinqdə Braziliyanı keçə bildi. Ekspertlərin rəyinə görə, hal hazırda gənc oyunçuların Avropa və Asiyaya satılamsı Arqentina klublarının əsas qazanc mənbəyinə çevirilib.
