18 sentyabr 2010 21:07
Sakit Alıyev:Gəncədə futbol həmişə olubvə olacaq
Azərbaycan Premyer-liqasının 6-cı turunda "Turan" Gəncədə yerli komandanın qonağı oldu. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, ikinci hissədə hesabda geridə olmasına baxmayaraq, "Gəncə" oyunun sonlarına yaxın rəqib qapısına yol taparaq 5-ci oyununda 5-ci xalını qazana bildi - 1:1.
"Bir müddətdir ki, Gəncə şəhəri futbolsuz qalmışdı. Lakin, bu, o demək deyil ki, Gəncə tamamilə futboldan kənardır. Gəncədə futbol həmişə olub, olacaq. Bizim qarşılaşmalar həmişə derbi kimi olub. Bugünkü oyun da belə idi. Komandamdan razı qaldım. Qalib gəlməyə yaxın olsaq da, sona bir neçə dəqiqə qalmış qapımızda qol gördük. Onananın qırmızı vərəqə alaraq oyundan çıxması yarımmüdafiə xəttimizin oyununa təsir etdi", -"Turan"-nın baş məşqçisi Sakit Alıyevbildirdi.
"Turan"-la oyunlarımız həmişə maraqlı və gərgin keçib. Ötən tur "Bakı" ilə oyundan sonra futbolçulara "Turan"-la oyunda arxayınlaşmamağı tapşırmışdım. İlk olaraq qapımızda qol gördük. Penalti epizoduna hakim daha yaxın idi. Hesabımıza daha bir xal yazdıq. Növbəti oyunlara daha ciddi hazırlaşacağıq", -"Gəncə"-nin çalışdırıcısı Fuad İsmayılov.
