18 sentyabr 2010 21:32
Ramil Əliyev: Bu vəzifənin öhdəsindən gələcəyik
Azərbaycanın MOİK klubunun baş məşqçisi Ramil Əliyev ölkə çempionatının 6-cı turu çərçivəsində "Neftçi" ilə oyundan sonra (0:4) öz fikirləri ilə bölüşdü.
"Azərbaycanın lider komandalarından birinə qarşı oynadıq. Heyətdə itkilərimiz var, son müdafiəçi mövqeyində dayaq və cinah yarımmüdafiəçilərini oynatmaq məcburiyyətində qaldıq. İnanıram ki, növbəti oyunlarda zədəli futbolçularımız bizə kömək etmək iqtidarında olacaq. Qarşımıza Premyer-liqada qalmaq vəzifəsi qoyulub, əminəm ki, bu vəzifənin öhdəsindən gələcəyik", - azerisport.az xəbər verir ki, bunu Ramil Əliyev dedi.
Mənbə: PFL
