18 sentyabr 2010 11:59
Pike: Messi Ronaldo ilə müqayisə olunmazdır
İspaniyanın "Barcelona" klubunun müdafiəçisi Xerard Pike hesab edir ki, hal hazırda onun komanda yoldaşı olan Lionel Messini "Real"-ın hücumçusu Kriştiano Ronaldo ilə müqayisə etmək ağılsızlıqdır.
"Hazırda onların arasında çox böyük fərq var. Messi hər oyunda göstərir ki, burada müqayisə olunası heç bir şey yoxdur. Hərdən bir bu mövzu ilə bağlı müzkirələr o dərəcədə absurd olur ki, özüm də başa düşmürəm kim bu söhbəti başlayır", - azerisport.az xəbər verir ki, bunu Pike bildirdi.
Mənbə: goal.com
