18 sentyabr 2010 00:01

Everton nümayəndələri Bakıya gəlir

Azərbaycanın "Neftçi" klubunun futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərə "Everton" klubunun nümayəndələri sabah Bakıya gəlir. Azerisport.az xəbər verir ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında səfər proqramı barədə məlumat verib.

"Everton"-un nümayəndəsi və bu komandada transfer məsələsilə məşğul olan menecer Bakıya gələrək, "Neftçi" rəhbərliyi ilə görüşəcək. Bildiyiniz kimi, qarşı tərəf ilkin şərtləri öncədən bizə göndəriblər. Lakin bizim də öz şərtlərimiz var. "Neftçi"-nin prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Araz Abdullayevin mənafeyi nəzərə alınaraq, müqaviləyə müəyyən şərtlər əlavə olunub. "Everton" nümayəndələri ilə görüşdə "Neftçi" rəhbərliyi müqavilənin detallarını müzakirə edəcək, öz şərtlərini irəli sürəcək. Əgər müzakirələr uğurla nəticələnərsə, yaxın vaxtlarda "Everton" rəhbərliyi paytaxtımıza səfər edərək, Araz Abdullayevin İngiltərə klubuna keçidi ilə bağlı rəsmi müqaviləyə imza atacaq", - Əşrəfoğlu bildirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.