18 sentyabr 2010 12:18
Beş İngiltərə klubu "alman Messini" istəyir
İngiltərənin "Manchester United", "Arsenal", "Chelsea", "Liverpool" və "Tottenham" klubları Almaniya yığması və "Werder" komandasının gənc yarımmüdafiəçisi Marko Marin uğrunda mübarizə aparmaq niyyətindədir.
Azerisport.az xəbər verir ki, 21-yaşlı futbolçunun "Werder"-lə olan müqaviləsi 2013 ilə kimi nəzərdə tutulub. Onun transfer qiyməti isə 18 milyon avro təşkil edir. İngilis klubları Marini "alman Messi" hesab edir. Lakin çətin ki "Werder" istedadlı oyunçunu bu il satacaq, çünki klub artıq digər ulduzu Mesut Özillə bu yayda vidalaşdı.
Mənbə: goal.com
