18 sentyabr 2010 00:20

Bəxt amili, liderlərin mübarizəsi və Qarabağ`ın nöqsanı

Azərbaycan Premyer-liqasının ilk 5 turu artıq geridə qalıb. Azerisport.az xəbər verir ki, çempionatda liderliyi "Neftçi" və "Xəzər-Lənkəran" klubları qoruyur. Biz isə bu 5 turda əsasən komandaların göstərdiyi oyundan söhbət açacayıq.

İlk öncə tor fərqinə görə hələ ki birinci yedə olan "Neftçi"-dən başlayaq. Etiraf edək ki, bu ilki "Neftçi"-nin çıxışı ötən mövsümlərdəki ilə müqayisə olunmazdır. Nəhayət ki, hər kəs komandadan gözlədiyi oyunun görür. Əlbətdə, hər şey ideal deyil. Hərdən bir elə olur ki, futbolçular oyunun nəbzini sanki itirir və bu bütün komandaya ziyan gətirir. Misal üçün son turdaki "Muğan"-la oyuna. Bu oyun bundan əvvəl keçirilmiş görüşlərdən fərqlənirdi. Hətta çempionatın bomardiri Bahodir Nəsimov da bu qarşılaşmada qolunun oyundan yox, penalti zərbəsində sonra vurdu. Oyundan sonra paytaxt komandanın üzvləri "Neftçi" nəyə görə bu dəfə pis oyun sərgilədiyinə bəhanə tapdılar: biri – millinin oyunu, digəri isə - bu qarşılaşmanın təxirə salınması. Yaxşı, millinin toplanışı və sonraki müsibət oyununa əl dəyməyək. Təxirə salınma məsələsində isə sadəcə bir şeyi deyək ki, bu oyun hər iki komanda üçün təxirə salınmışdı. Və deməli hər iki komanda bu təxirə salınmadan eyni cür əziyyət çəkdi... Lakin sonuncu turu nəzərə almasaq hal-hazırda əsl çempion oyununu məhz "Neftçi" göstərir.
 
Ondan heç də geridə qalmayan XL isə hələ ki öz formasını yığır. Bundan öncəki məqalələrdə də bunu qeyd etmişdik. Hələ ki XL stabil oyun göstərmir. Söhbət nəticədən yox, məhz 90 dəqiqə ərzində futbolçuların oyunundan gedir. Uzağa getməyək, sadəcə son turdaki MOİK-lə oyunu xatırlayaq. Düzdü, artıq ilk hissədən sonra hesab 3:0 lənkəranların xeyirinə idi. Lakin bu o demək deyil ki, ikinci hissədə "dəniz kənarı gəzintiyə" çıxmaq olar! Digər tərəfdən isə qeyd etmək lazımdır ki, komanda faktiki olaraq yenidən formalaşmağa başlayıb. Və bunu nəzərə alaraq çempionatın liderlərindən biri olmaq demək olar ki əla nəticədir.
 
Ötənilki çempion isə çox, belə deyək, qənaətli oyun göstərir. Qol baxımından. Beş oyunda beş qol – praqmatizmin hökmranlığı. Lakin bu da o qədər də pis nəticə deyil. Yeganə nöqsan – qeyri-stabillik. "Bankirlərin" oyununu seyr edəndə sanki hər dəfə başqa-başqa komandanı görürsən. Gah bu komanda rəqibə rahat nəfəs almağa vermir, gah əksinə, rəqibə sərbəst hərəkətə imkan verir. Və ya nə rəqibə imkan verir, nə də ki özü oyun göstərmir. Əlbətdə ki, heç bir tamaşaçı bunu görməyib. Çünki "İnter"-in oyunlarını heç bir kanal yayımlamır. Stadionlara isə azərkeşlər gəlmir... Bu artıq başqa bir mövzudur. "İnter"-in bu cür oynamasına gəldikdə isə, ağıla sadəcə bir ifadə yada düşür: "Neftçi" ilə oyundan sonra "İnter" klubunun məşqçisi Qiorqi Çixradze bildirdi ki, baş məşqçi Kaxaber Sxadadzenin cəzalı olması komandaya psixoloji təsir etdi. Maraqlıdır ki, sonraki turda "Qarabağ"-ı məğlub edən "İnter" futbolçularını artıq Sxadadzenin yoxluğu o qədər də narahat etmirdi.
 
AZAL-a gəldikdə isə... Komandanın baş məşqçisi Nazim Süleymanovun sözlərini sitat gətirsək kifayət olar: "Əgər ümumilikdə beş turu götürsək, o zaman nəticə yaxşıdır. Lakin oyunun səviyyəsi məni hələ ki qane etmir. Bundan da yaxşı oynaya bilərdik". Əlavə olunası söz qalmır.
 
Növbə "Qarabağ"-a gəldi çatdı. Əminliklə demək olar ki, əgər komanda "Borussia" ilə qarşılaşmaya qədər oynadığı futbolu göstərməyə davam etdirsə idi hal hazırda çempionatın yeganə lideri ola bilərdi. Lakin Əfran İsmayılovun zədəsi, "Borussia"-dan gələn "şillə" komandanın oyununu haradasa sındırdı. Sanki maşının ya motoru sınıb, ya təkəri boşalıb. Başa düşmək çətindir. Üstə gəl müdafiə "divarı" Rəşad Sadıqov Türkiyənin "Eskişehirspor" klubuna keçdi. Onsuzda uzun skamyası olmayan "Qarabağ"-da əlavə problem yarandı. Bu məsələdə digər bir sual ortaya çıxır. Nəyə görə klub rəhbərliyi transferlərə əl atmırdı? Unutmayaq ki, "Qarabağ"-ın əsas heyətində oyanayan hər bir azərbaycanlı futbolçu millinin formasını geynir. Və nəinki azərbaycanlı, hətta legionerlər də! Həmçinin bunlar hamısı həm avrokubklarda, həm yığmalarının heyətində, həm də çempionatda da oynayır. Amma buna baxmayaraq yay mövsümündə cəmi üç (!) transfer həyata keçirilib. Özüdə ki sonuncu transfer artıq avrokubokdaki çıxışdan sonra edilib. Sözsüzki, bu klubun və oyunçularının böyük potensialı var. Amma bu cür qısa ehtiyat skamyası ilə uzağa getmək çətin olacaq. Nəinki çətin, mümkün olmayacaq. Və yenidən sualımıza qayıdırıq: nəyə görə klub rəhbərliyi bununla bağlı heçnə etmir?
 
"Bakı"-ya gəldikdə isə demək olar ki bu komanda hələ də bacardığı oyunun göstərə bilmir. Hər dəfə komandaya nəsə çatışmır: gah vaxt, gah bəxt, gah oyunçu (sonuncu turdaki iki qırmızı vərəqi nəzərdə tuturuq). Fikrimizcə, bu komandanın nəyə qair olduğundan danışmağa hələ ki tezdir. "Bakı"-da demək olar ki XL kimi yenidən formalaşır. Lakin fərqli bir tərzdə. Komandada xəttlər arasında ki əlaqə hələ lazımi səviyyədə deyil. Bu da komandanın oyununa pis təsir edir. Ancaq biz Vinfrid Şefer kimi mütəxəssis bu nöqsanları aradan qaldıracağına heç şübhə də etmirik.
 
Bəxt məsələsinə toxunanda "Qəbələ" və "Simurq" komandalarını ayırmaq olmaz. "Qəbələ" mövsümə çox ciddi yanaşdı. Komandaya güclü legionerlər, Toni Adams kimi mütəxəssis dəvət olundu. Buna baxmayaraq, ilk qələbə komandaya ancaq beşinci turda nəsib oldu. Qələbə də ki böyük əzab-əziyyətlər içindən çıxdı. Bir şeyi əminliklə demək olar ki, komandada dəqiq fikir yoxdur. Hücumlar ya alınır, ya da alınmır. Və alınmamaqın səbəbi rəqib yox, futbolçuların özləridir. Sadəcə olaraq dəqiq oyun taktikası hələ ki yoxdur. Bu da, ümid edək ki, vaxt söhbətidir. "Simurq" isə əvvəlcədən bəyanət verdi ki, klub cavanlaşdırma prosesinə üstünlük verəcək və "altılıqa" düşə bilsə bu artıq böyük uğur olacaq. Ola bilsin ki, "Simurq" yeganə komandadır ki, müəyyən dərəcə stabil oyun göstərir. Amma təcrübənin çatışmamazlığı öz sözünü deyir. Üstə gəl komandaya bir az da bəxt çatışmır.
 
Həmçinin "Gəncə"-nin oyununa toxunmaq istərdik. Doğrudanda gözlənilməz nəticə göstərən bu komanda, ilk növbədə öz əzmkar oyunu ilə seçilir. Düzdü, bəzi oyunlarda komandanın bəxti də gətirir. Misal üçün "Bakı" ilə son oyunda. Amma deigər tərəfdən, bu o qədər bəxt yox, nə qədər ki rəqibin səhvləri idi. Lakin debütant komanda üçün 5 turdan sonra 5 xal qazanmaq heç də pis nəticə deyil.
 
Qarşıda altıncı turun oyunları var. Və kim bilir, bu turda hansı gözlənilməz nəticələr baş tuta bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.