19 sentyabr 2010 19:10
Şükürov əvəzləndi - Rubin qol vurdu (YENİLƏNDİ)
Bu gün Rusiya çempionatının 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi "Anjı" klubu ötən ilki çempionu "Rubin" komandasını qəbul edir. Qeyd edək ki, Mahir oyuna "Anjı"-nın əsas heyətində çıxıb. 86-cı dəqiqədə Şükürovun yerinə meydançaya İvanov çıxdı. 90+2-ci dəqiqədə Gökdeniz Karadeniz hesabı "Rubin"-in xeyirinə edir - 0:1. Oyun başa çatdı.
