19 sentyabr 2010 15:30
XL PFL-ın rəsmi saytından narazıdır
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun yaydığı məlumatda bildirilir ki, PFL-in rəsmi saytında XL-ın baş məşqçisi Mirça Rednikın dedikləri kobudcasına təhrif olunub və tam olaraq çatdırılmayıb. Azerisport.az xəbər verir ki, belə ki, PFL-in saytına görə Rednik komandasının oyunundan narazıdır və bu məqamı dilə gətirərək söz verib ki, bu nöqsanları aradan qaldıracaq. Əslində məşqçimiz komandamızın oyunu haqqında ümumiyyətlə heç bir fikir bildirməyib. Klubun rəsmi saytı Rednikin dediklərini çatdırır.
"Bu gün bizim rəqibimiz güclü komanda idi və o yaxşı oyun nümayiş etdirdi", - Rednik mətbuat konfransında dedi. O qeyd etdi ki, komandaların ikisi də qələbə istəyirdilər və qalib çıxa bilərdilər. O ki qaldı hakimliyə, məşqçi vurğuladı: "Mən heç vaxt hakimlərdən danışmağa xoşlamamışam, lakin bu gün bunu etməyə məcburam – bu gülünc bir hakimlik idi. Hakim bizim ən mühüm futbolçularımızı sarı kartla cəzalandırdı. Deyə bilərəm ki, hakim ədalətsiz idi. Amma nə edəsən? Bu həyatdır. Qarşıda bizi "Neftçi" ilə oyun gözləyir və biz bu oyuna hazırlaşacayıq".
Mənbə: XL-ın rəsmi saytı
