19 sentyabr 2010 19:47
Qurban Qurbanov: Qalib gəlmək istəyirdik
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 6-cı turu çərçivəsində AZAL-la keçirilən oyun haqqında (0:0) öz fikirlərini bildirdi.
"Qalib gəlmək istəyirdik. Lakin AZAL nəticəyə oynaya, tempi aşağa sala bilir. Oyunun bəzi məqamları mənim xoşuma gəlmədi. Komanda indi formasında deyil. Oyun cədvəlimiz çətindir.", - azerisport.az xəbər verir ki, bunu Qurbanov dedi.
