19 sentyabr 2010 00:05
Everton`nun nümayəndəsi: Araz Abdullayev artıq yanvarda klubun düşərgəsinə qoşulacaq
"Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayevi transfer etmək istəyən İngiltərənin "Everton" klubunun nümayəndəsi bu gün Bakıya gəlib. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, "Everton" rəsmisi "Neftçi" rəhbərliyi ilə görüş keçirərək, müqavilənin detallarını müzakirə edib.
"Mən iki klub arasındakı danışıqlarda "Everton"-u təmsil edirəm. İlk dəfə Araz Abdullayevi 2 il öncə Türkiyədə təlim-məşq toplanışı keçən Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasının heyətində görmüşəm. O, qeyri-adi, istedadlı futbolçudur. Sol ayağı ilə çox yaxşı oynayır. Ona inamım böyük olduğu üçün bura təşrif buyurmuşam. Düşünürəm ki, Araz Avropada çıxış etmək bacarığına malikdir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq və Abdullayev artıq gələn ilin yanvarında "Everton"-un düşərgəsinə qoşulacaq", - bunu görüşdən sonra "Everton"-da transfer məsələləri ilə məşğul olan FİFA meneceri Anaqno Dasos bildirdi.
