20 sentyabr 2010 13:47
Araz Abdullayev Everton`la beş illik müqavilə imzalayacaq
Azərbaycan yığmasının və "Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev İngiltərənin "Everton" klubu ilə ilkim müqavilə imzaladı.
Azerisport.az xəbər verir ki, tərəflər arasında əsas müqavilə ilin sonunda imzalanacaq və artıq yanvar ayından İngiltərə Premyer-liqasının tarixində ilk azərbaycanlı futbolçu cıxış edəcək.
Abdullayevin transfer məsələsi haqqında daha ətraflı məlumat almaq üçün, saytımızın müxbiri "Neftçi" –nin vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladı. "Şənbə günü "Everton"-un meneceri Bakıya gələrək klubun prezidenti Sadıq Sadıqovla görüşdü. Görüşün nəticəsində Abdullayev Liverpul təmsilçisi ilə ilkin müqavilə imzaladı", - Süleymanov dedi.
Onun sözlərinə görə, Abdullayevin "Everton"-la əsas müqaviləsi "3+2" sxemi üzrə imzalanacaq. Bunun üzərində ingilis tərəfi təkid etdi. "Futbolçunun keçidindən pul almaq planlaşdırmırdıq, çünki Azərbaycan futbolunun inkişafı barəsində düşünürük. Lakin Abdullayev "Everton"-dan digər bir kluba keçsə, o zaman "Neftçi" məbləğin bir hissəsini alacaq", - vitse-prezident qeyd etdi.
Hazırda "Everton" Abdullayev üçün iş vizasının alınması üzrə çalışır. "Düşünürəm ki, ingilislərin rəsmiləri bu işi həll edəcəklər. Çünki futbolçu komandanın baş məşqçisi Devid Moyesə lazımdırsa, onda heç bir problem yaranmamalıdır", - Süleymanov bildirdi.
"Neftçi"-nin vitse-prezidentinin sözlərinə görə, on gündən sonra Bakıya "Everton"-un rəhbərliyi gəlməlidir. Əks halda, görüş noyabrda baş tutacaq. Məhz bu vaxt da mətbuat konafransı keçiriləcək. Və burada jurnalistlərin qarşısında Araz Abdullayev əsas müqaviləni imzalayacaq
İlin sonuna kimi isə Araz "Neftçi"-nin heyətində olacaq.
