20 sentyabr 2010 14:11
Van Nisterloy karyerasını bitirmək barəsində düşünür
Almaniyanın "Hamburg" komandasının hücumçusu Rud van Nisterloy üçün bu mövsüm sonuncu ola bilər.
"Ola bilsin ki, yayda mən karyeramı bitirməyə qərar verəcəm. Hazırda isə mənim məqsədim bu mövsümdə stabil oyun göstərməkdərdir. Lakin karyeramı davam etdirəcəyimi də istisna etmirəm", - azerisport.az xəbər verir ki, bunu van Nisterloy dedi.
Mənbə: Frankfurter Allgemeinen Sonntagszeitung
