20 sentyabr 2010 15:17
Maradona qayıtmaq istəyir
Arqentina yığmasının keçmiş baş məşqçisi Diyeqo Maradona milliyə yenidən başçılıq etməyini istəyir. Azerisport.az xəbər verir ki, bunu Marca nəşrinə Maradonanın məsləhətçisi kimi təqdim edilən Qaston Qranados adlı bir şəxs məlumat verdi.
"Diyeqo millinin baş məşqçisi olmaq istəyir. O köməkçiləri Alexandro Mankuso və Ektor Enrikedən imtina və yenidən məşqçilik məsələsini müzakirə etməyə hazırdır", - Qranados bildirdi.
Xatırladaq ki, DÇ-2010-dan sonra ölkə futbol assosiasiyası Maradonanın qalmasına razı idi. Lakin AFA ondan köməkçilərini istefaya göndərməyə tələb etdi. Bununla razılaşmayan Maradona baş məşqçi postunu tərk etdi. Hazırda Arqentina yığmasının baş məşqçi əvəzini Serxio Baptistadır.
Mənbə: Marca
