20 sentyabr 2010 16:28

Əfran İSMAYILOV: Qarabağ həmişə səhv buraxır

Azərbaycanın yığmasının və Ağdamın "Qarabağ" klubunun hücumçusu Əfran İsmayılov azerisport.az saytına müsahibə verdi.

Hal hazırda zədəniz nə vəziyyətdədir?
Bir neçə saatdan sonra Türkiyəyə yollanacam (müsahibə futbolçunun Türkiyəyə getməsindən öncə baş tutdu – Red.). Orada məni İlham adlı həkim müalicə edəcək. Türkiyədə bir aya yaxın qalacam. Fərdi məşqlərə qayıda bilənkimi Bakıya gələcəm.
 
Həkimlər altı ay haqqında danışıblar, siz isə cəmi bir aydan?
Həkimlər həmişə maksimal müddətdən danışır. Əgər hər şey normal olsa, artıq noyabrın axırında oynaya biləcəm. Artıq qolutqağac olmadan hərəkət edə bilirəm. Yaşıl meydana mümkün qədər tez qayıdmaq istəyirəm. Lakin bu cüt məsələdə tələsmək də lazım deyil.
 
Zədəyə baxmayraq, biz sizi stadionda tez-tez görürük. Çempionatın oyunları barəsində nə deyə bilərsiniz?
"Gəncə"-nin "Bakı"-ya qarşı oyunu mənim çox xoşuma gəldi. Qonaq komanda əla oynadı. "Muğan" da özünə qayıdır. Səlyanlılar "Neftçi"-yə qarşı çox yaxşı oynadılar. Görünürdü ki, onlar Bakıdan xalla qayıtmaq istəyir. Hesab edirəm ki, bu mövsüm çox çətin alınacaq. Çempion kim olacağına əvvəlcədən heç kəs deyə bilməz. Qarşıda bizi çətin oyunlar gözləyir.
 
"Qarabağ"-ın oyunu barəsində nə deyə bilərsiniz?
"İnter"-ə qarşı oyun mənim xoşuma gəlmədi. Biz daha da yaxşı oynaya bilərik.
 
Rəşad Sadıqovun gedişi komandanın müdafiəsinə təsir edirmi?
Rəşad kimi futbolçu hər bir komandaya lazımdır. Sadıqov təcrübəli müdafiəçidir və onun gedişi təsirsiz ötüşməyəcək. Lakin Qurban Qurbanov bu məsələni həll edəcək. "Qarabağ" həmişə səhv buraxır, amma sonradan onları düzəldir.
 
Yeri gəlmişkən, Türkiyədə Rəşadla görüşməyi planlaşdırırsınız?
İstanbulda qalacam. Buna görə də qabaqcadan nəsə deyə bilmərəm. Amma imkan olsa, o zaman "Eskişehirspor"-un oyunu seyr edə biləcəm.
 
"Qarabağ"-ın avrokuboklardaki altı oyununda beş qol vurur. Xaricdən təklif gəlməyibki?
Olub. Lakin indiki zamanda mən bütün diqqətimi zədəmə yönəldmişəm. Buna görə də bu barədə danışmağa istəmirəm.
 
"Lokomotiv" barəsində də danışmaq istəmirsiz?
"Lokomotiv" menecerləri mənimlə danışıb. Lakin "Neftçi" ilə oyunda zədə aldım və danışığlar bitdi. "Lokomotiv"-lə olan variant aktuallığı barəsində hələ ki heçnə bilmirəm. Amma mən sağalıb, futbola qayıtmaq istəyirəm. Əgər klub və millidə uğurlu çıxış etsəm o zaman yenə də xarici komandaların diqqətini cəlb edəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.