20 sentyabr 2010 16:45
Messi iki oyun buraxacaq
İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi komandasının iki oyunun buraxmalı olacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün futbolçu tibbi müayinədən keçdi. Həkimlərin rəyinə görə, Messi bir həftə buraxmalı olacaq. Qeyd edək ki, Messi "Sporting Gijon" və "Athletic" komandalarına qarşı oynaya bilməyəcək.
Xatırladaq ki, arqentinalı forvard "Athletico" ilə oyunda zədə aldı.
