20 sentyabr 2010 17:21
Bahodir Nəsimov: Komandanın qələbəsi üçün əlimdən gələni etməliyəm
Azərbaycanın "Neftçi" klubunun hücumçusu Bahodir Nəsimov 6-cı turun çərçivəsində MOİK-lə keçirilən oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi.
"Bu planaşdırılmış qələbə idi. Bu cür oyunlarda xal itirmək olmaz. Amma etiraf edim ki, ilk hissədə çətin idi. İkinci və üçüncü qolu vurandan sonra daha inamlı oynamağa başladıq", - Nəsimov dedi.
Forvardın sözlərinə görə, o komandanın qələbə qazanmasına görə əlindən gələni etməlidir: "Nə qədər ki çox qol vururam, o qədər də komanda üçün yaxşıdır".
