20 sentyabr 2010 00:05
Vinfrid Şefer: Bu dəfə də oyunumuz alınmadı
Azərbaycan Premyer Liqasının 6-cı turunda "Bakı" Zaqatalada "Simurq"-un qonağı oldu (1:1). Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra paytaxt komandasının baş məşqçisi Vinfrid Şefer görüş barəsində öz fikirlərini bildirdi.
"Öncəki oyunlarda olduğu kimi bu oyunda da oyunumuz alınmadı. Hücumlar qururduq, ancaq təəssüf ki, qapıya qol vura bilmirdik. Futbolçularım bu gün oyunun son 35 dəqiqəsini meydanda can qoydular. Mən istəyirəm ki, onlar bütün oyun boyu belə oynasınlar", - Vinfrid Şeferdedi.
