20 sentyabr 2010 00:08
Cokiça Haciyevski: Birinci hissədə komandam çox gözəl çıxış etdi
Azərbaycan çempionatının 6-cı turunda Zaqatalanın "Simurq" klubu "Bakı" ilə qarşılaşdı (1:1). Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra "Simurq"-un baş məşqçisi Cokiça Haciyevski görüş barəsində öz fikirlərini bildirdi.
"Birinci hissədə komandam çox gözəl çıxış etdi. Oyunçularım cavandır, təcrübəsiz olduqlarına görə bir az problem yaşayırdılar. Komandamızın kapitanı Rasim Ramaldanovun da oyuna zədəli çıxması təsirsiz ötüşmədi. Təəssüf ki, ikinci hissədə "Bakı"-nın hücümunun qarşısını ala bilmədik və qapımızdan qol buraxdıq. Hakimliklə bağlı heç bir söz deyə bilmərəm, hakimlər oyunu normal idarə etdi", - Haciyevski dedi.
