20 sentyabr 2010 00:13
Toni Adams: Gələcəkdə daha da yaxşı oynayacayıq
Azərbaycan Premyer-liqasının 6-cı turunda "Qəbələ" doğma meydanda "İnter"-lə qarşılaşdı (0:1). Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandanın çalışdırıcıları oyun barəsində öz fikirlərini bildirdilər.
"Qəbələ" klubu yaxşı oyun göstərdi. Oyun çox çətin keçdi. "Qəbələ"-dən xal almaq elə də asan deyil", -"İnter"-in məşqçisi Qiorqi Çixradze dedi.
"Rəqib komandaya təşəkkürümü bildirirəm. Gələcəkdə daha da yaxşı oyun göstərəcəyik", - "Qəbələ"-nin baş məşqçisi Toni Adams.
