20 sentyabr 2010 00:17

Mübahisəli hakimliyin nəticəsi, Neftçi`nin heqemonluğu, Gəncə`nin "yeni ənənəsi" – 6-cı turun icmalı

Bu gün Azərbaycan Premyer-liqasının 6-cı turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, "Neftçi" çempionatdaki növbəti qələbəsi və "Xəzər-Lənkəran"-ın heç-heçə etməsi turnir cədvəlinin vahid lideri olur.

İlk öncə paytaxt Bakıda keçirilən MOİK "Neftçi" oyunundan danışaq. Faktiki olaraq, meydanda bir komanda var idi, o da "Neftçi". Görüşdə "Neftçi" heqemonluq edirdi. Bu azmış kimi MOİK oyun ərzində bir dəfə də olsun qapı çərçivəsinə zərbə endirməyib. İlk yarıda oyun azda olsa mübarizə şəraitində keçirildi. Buna baxmayaraq, "Neftçi" daha təhlükəli görünürdü. Nəhayət ki, Fərid Quliyev komandasının rəsmi oyunlarında fərqlənə bildi. Lakin ikinci hissədə "neftçilər" meydanda istədiyini edirdilər. Bunun məntiqi nəticəsi kimi daha üç qol vuruldu. Çempionatın ən sərrast futbolçusu Bahodir Nəsimov aktivinə daha iki qol yazdıraraq, komandanın Premyer-liqadaki altıncı oyununda 9-cu topunu keçirdi. Fenomenal nəticədir, elə deyilmi? Hələ çempionat başlanmayana qədər komandanın ardıcıl olaraq üç oyununda fərqləndi. Təsəvvür edinki, bu forvard 9 oyundurki meydançanı qolsuz tərk etmir. Ümumilikdə götürsək – 9 oyunda o 12 qol vurub. Çempionatımız hələ ki belə nəticə görməyib. Yaxşı, statistika ilə hələlik bitirək. Oyun barəsində isə nəsə artıq demək alınmır. MOİK elə rəqib deyil ki, indiki "Neftçi" ilə başa-baş mübarizə aparsın. "Neftçi"-nin əsl gücü növbəti turda XL-la keçiriləcək oyunda görə biləcəyik.
 
XL-a gəlmişkən, "Muğan"-la keçirdiyi oyun daha çox nəticə ilə yox, sarı kartların sayı və hakimin qərarları ilə yadda qaldı. Görüşdə hakim 7 dəfə sarı vərəqə göstərdi. Onlardan biri "Muğan"-ın, altısı isə (!) XL-ın futbolçularına göstərildi. Əlbətdə ki, klub rəhbərliyi və üzvlərinin narazılığını baş düşmək olar. Çünki azı bir epizodda, baş hakim Anar Salmanov penalti nöqtəsinə göstərməli idi, lakin bunun əvəzinə o lənkəranlı Ruisə simulyasiyaya görə xəbərdarlıq verdi. Sırf oyuna gəldikdə isə, hər iki komanda yaxşı futbol göstərirdi. Əsasən də XL. Komanda çox baxımlı oyun göstərdi. Lakin buna baxmayaraq, lənkəranlıların hücum xəttində hələ də nəsə çatışmır. Hətta yaranan vəziyyətlər, hakimin səhvlərini nəzərə almasaq belə, XL vurmalı idi. "Muğan"-a gəldikdə isə, komanda ilk dəfədir ki, lənkəranlılarla oyunda heç-heçə qazandı. Və əgər "Muğan" bu oyunda bir xal qazandısa, "Xəzər-Lənkəran" iki xal itirdi. Bu da aydındır, çünki bu heç-heçədən sonra "Neftçi" çempionatın vahid lideri oldu. XL üçün uğursuz nəticəyə baxmayaraq, müsbət hal da var: Lənləran təmsilçisi çempionatda qol buraxmayan yeganə komandadır.
 
Gəncə də isə eyniadlı komanda Tovuzun "Turan" komandasını qəbul etdi. Birinci hissə təmamiylə "Gəncə"-nin üstülüyü altında keçdi. İlk 45-dəqiqə ərzində komanda hesabı bir neçə vəziyyətlərdə aça bilərdi. Lakin öz imkanlarından istifadə edə bilmədi. İkinci hissə də başlayandan meydan sahibləri öz aktivliyini azaltmadı. Amma buna baxmayaraq, cərimə meydançasında qaydanı pozan gəncəli futbolçu, öz komandasının qapısına penalti gətirdi. Şalva Pirsxalava 11-metrlik zərbəni yerinə səhvsiz yetirdi – 0:1 və "Turan" çempionatdaki ilk qələbəsinə yaxınlaşdı. Ancaq "Gəncə" bu hesabla barışmaq niyyətində deyil idi. Və bütün qüvvə ilə irəliyə atılda. Lakin komandanın bütün hücum səylərinə baxmayaraq, heçnə alınmırdı. 85-ci dəqiqədə isə İbrahim Hüseynov "Gəncə"-nin xilaskarı qismində çıxış etdi. Onun zərbəsindən sonra hesab bərabərləşdi. Oyun elə 1:1 nəticəsi ilə başa çatdı. "Gəncə" isə öz maraqlı statistikasını davam etdirir – 5 oyunda komanda 5 heç-heçə edib. Amma unudmaq lazım deyil ki, heç-heçə məğlubiyyətdən yaxşıdır.
 
"Qəbələ" isə öz meydanında ötən ilki çempion "İnter"-i qəbul edirdi. Və yenə də "Qəbələ" qeyri-stabil oyun sərgiləməyə davam etdirir. İlk yarı başlayan kimi komandanın yeni transferi Saşa Yunisoğlu hesabı aça bilərdi, lakin top çərçivədən kənar keçdi. Bundan sonra da "radarlar" qonaq komandadan daha aktiv idilər. Lakin yavaş-yavaş oyun bərabərləşdi və artıq "İnter" təhlükə yaradmağa başladı. Əvvəlcə Poşkus, sonra isə Əmiraslanov Doroşevsin qoruduğu qapıya zərbə endirdilər. "Radarların" heyətində isə millimizin sabiq hücumçusu Branimir Subaşiç üç metrəlik məsafədən topu qapıya göndərə bilmədi. Bundan dərhal sonra Əmiraslanov gözəl zərbə ilə "İnter"-i önə çıxartdı – 0:1. Görünürdü ki, "Qəbələ" bu qolu gözləmirdi. Çünki son on dəqiqədə komanda heç nə ilə yadda qalmadı. İkinci hissənin əvvəli ilk 45-dəqiqənin təkrarı idi. Yenə də "radarlar" daha aktivdir və yenə də 10-15 dəqiqədən sonra komanda "söndü". Ərazi üstünlüyünə baxmayaraq, "Qəbələ" heç nə edə bilmirdi. Bu azmış kimi oyunçular brak buraxmağa başladılar. Faktiki olaraq ötürmələrin 70-80 faizi qeyri-dəqiq idi. Hətta Kukun təhlükə yaraddığı zərbəsi də əslində ötürmə idi. "İnter" isə Lippini vaxtındaki "Juventus" və Rexaqqelin Yunanıstan yığmasını xatırladırdı: minimal qələbə - "biz elə bu da bəs edər". Nə demək olar? Bəs etdi.
 
Zaqatalada yerli "Simurq" "Bakı" ilə qarşılaşırdı. Oyun Vinfrid Şeferin komandasının üstünlüyü ilə başlandı. Buna baxmayaraq əsas mübarizə meydanın mərkəzində aparılırdı. "Bakı" hesabı açmağa yaxın olsa da, ilk qolu ev sahibləri vurdular. Baçana Sxadadze "Simurq"-un heyətində növbəti qolunu vurdu. Qoldan sonra da oyun canlanmadı. İkinci hissə də paytaxt təmsilçisinin üstünlüyü altında keçirdi. Görünürdür ki, "Simurq" əsas ümidlərini əks-hücumlara bağlamışdı. 78-ci dəqiqə kimi zaqatalıların müdafiəsi səhvsiz işləyirdi. Lakin 78-ci dəqidədə moldovalı Sofroni "Bakı"-nın məğlubiyyətdən xilas edən qolunu vurur. Görüş elə bu hesabla da bitdi. Komandaların oyunun gəldikdə isə demək olar ki, "Bakı" hələ də öz futbolunu tapmayıb. Futbolçular çox aktivdir, bir şey etməyə çalışırlar, lakin son anda nəsə alınmır və hücum pozulur. "Simurq"-un isə sadəcə olaraq bəxti gətirmir. Demirik ki, "Bakı" məğlub olmağa layiq idi. Xeyr. Lakin "Simurq" qələbə qazanmalı idi. Ola bilsinki, oyunçuların təcrübəsizliyi öz sözünü deyir. Əminliklə bir şeyi demək olar ki, hər iki komandaya vaxt lazımdır.
 
Və nəhayət turun son görüşü paytaxtda Ağdamın "Qarabağ" və Bakının AZAL klubları arasında keçirildi. Qeyd edək ki, Quzanlı stadionundaki ot örtüyü ilə bağlı problemə görə, "Qarabağ" bu dəfə ev oyununu Bakıdaki Tofiq Bəhramov adına stadionda keçirdi. Oyununu birinci hissəsi sanki "Neftçi" – MOİK görüşün "kseroksı" idi. Yeganə fərq – ağdamlılar qol vura bilmirdi. Total üstünlüyə baxmayaraq, "Qarabağ" son nöqtəni qoya bilmirdi. AZAL isə təmamiylə çaş-baş qalmışdı. Rəqibin dalınca çatdıra bilmirdi. Sürət baxımından ağdamlılar daha üstün görünürdü. Lakin bu üstünlüyə baxmayaraq, ilk yarı elə 0:0 hesabı ilə başa çatdı. İkinci hissədə isə biz başqa AZAL-ı gördük. Artıq "təyyarəçilər" rəqibə istədiyi oyunu göstərməyə imkan vermirdi. Buna baxmayaraq, "Qarabağ" hissənin əvvəlində hesabı aça bilərdi: Rauf Əliyev AZAL-ın müdafiəçisinin kobud səhvindən sonra qapıçı ilə təkbətək çıxaraq, topu qapıdan keçirə bilərdi. Lakin onun zərbəsi qapıçıya dəyərək qapıdan aralı keçdi. AZAL isə yeganə real qol imkanın oyunu sonunda qazandı. Zaur Həşimovun müdafiədəki səhvindən sonra Fərhad Vəliyev topu qapıdan buraxa bilərdi. Amma buraxmadı. Görüş qolsuz heç-heçə ilə başa çatdı. Komandaların oyunu barəsində nəsə demək çətindir. Bir tərəfdən, görüşdəki üstünlüyə baxmayaraq, ağdamlılar realizasiya baxımından zəif təsir bağışladılar. Digər tərəfdən, komanda kifayət qədər keyfiyyətli futbol sərgilədi. AZAL-a gəldikdə isə, komanda iki ayrı hissə keçirdi. İlk yarıda AZAL faktiki olaraq müdafiədə idi və ümumiyyətlə meydançanın rəqibə aid olan hissəsinə keçə bilmirdi. İkinci hissə isə göstərdi ki, baxmayaraq ki, AZAL 4-cü pillənin sahibidir, komanda bu yerə layiq olan oyunu sərgiləmədi.
 
Qarşıdaki 7-ci turda isə bizi əsl "müharibə" gözləyir. Lənkəranda yerli XL əzəli rəqibi olan "Neftçi"-ni qəbul edəcək. Bu oyunu heç buraxmaq olmaz.
 
6-cı tur:
MOİK  – "Neftçi" - 0:4 (0:1)
Quliyev, 24 (0:1), Nəsimov, 64 (0:2), 70 (0:3), C.Hüseynov, 90 (0:4).
 
"Muğan" – XL - 0:0
 
"Gəncə" – "Turan" - 1:1 (0:0)
Pirsxalava, 61-pen (0:1), İ.Hüseynov, 85 (1:1).
 
"Qəbələ" – "İnter" - 0:1 (0:1)
Əmiraslanov, 35 (0:1) 
 
"Simurq" – "Bakı" - 1:1 (1:0)
B.Sxadaze, 33 (1:0), Sofroni, 78 (1:1)  
 
"Qarabağ" – AZAL - 0:0
 
 
Turnir cədvəli:  
 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
6
5
1
0
14-1
16
2
XL
6
4
2
0
7-0
14
3
İnter
6
4
1
1
6-2
13
4
AZAL
6
3
2
1
7-5
11
5
Bakı
5
1
2
2
6-7
5
6
Gəncə
5
0
5
0
5-5
5
7
Qarabağ
4
1
4
1
2-2
5
8
Muğan
5
1
2
2
5-6
5
9
Qəbələ
6
1
1
3
2-6
4
10
MOİK
6
1
1
4
3-11
4
11
Turan
6
0
3
3
4-9
3
12
Simurq
6
0
3
3
5-12
3
 
Bombardirlər:
9 – Nəsimov (Neftçi)
4 – Yuşka (AZAL)
3 – Jaba (Bakı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.