20 sentyabr 2010 12:33
Berbatov ManUnited`in 64-illik nailiyyətini təkrarladı (VİDEO)
İngiltərənin "Manchester United" klubunun hücumçusu Dimitar Berbatov ölkə premyer-liqasının 5-ci turu çərçivəsində "Liverpool"-la keçirilən görüşdə het-trik etdi (3:2). Azerisport.az xəbər verir ki, futbolçu 42, 59 və 84-cü dəqiqələrdə fərqlənə bildi. Berbatov 64 il ərzində "Manchester United"-in "mersisaydlarla" oyunda het-trik edən ilk futbolçu oldu. Sonuncu dəfə bunu 1946-cı ildə Sten Pirson edib (5:0).
Mənbə: Infostrada
