21 sentyabr 2010 13:30
Portuqaliya yığması yeni baş məşqçisini tapdı
Portuqaliya Futbol Federasiyası yığmanın yeni baş məşqçisi milli komandanın keçmiş futbolçusu və "Sporting" klubunun sabiq çalışdırıcısı Paulu Bentunu seçdi. Azerisport.az xəbər verir ki, dünən Bentu PFF-in prezidenti Jiberto Madail ilə görüşərək, müqavilənin şərtləri barəsində razılaşdı.
Bentunun rəsmi təyinatı bu gün baş tutmalıdır. Xatırladaq ki, Portuqaliya yığmasının keçmiş çalışdırıcısı Karluş Keyruş təxminən iki həftə bundan öncə istefaya göndərilmişdir.
Mənbə: Reuters
