21 sentyabr 2010 13:50
Messini zədəliyən futbolçu 12-oyunluq cəza ala bilər
Bu gün İspaniya çempionatının nizam-itizam komitəsi "Atletico" klubun müdafiəçisi Tomaş Uyfaluşının "Barcelona" komandasının hücumçusu Lionel Messiyə qarşı etdiyi qayda pozuntusu üzrə işinə baxacaq. Azerisport.az xəbər verir ki, oyunun hakimi Fernandes Borbalan oyunçu qırmızı vərəqəyə layiq olduğunu bir də təsdiq etdi: "Uyfaluşı rəqibin üstünə açıq ayaqla gedirdi. Top yox, ayağa oynayırdı. Zədələnən futbolçuya isə tibbi yardım tələb olundu və o əvəzləndi".
Bu cür pozuntuya görə müdafiəçi ya 1-3 oyunluq, ya 4-12 oyunluq diskvalifikasiya oluna bilər.
Mənbə: Marca
