21 sentyabr 2010 14:08
Tunç Afşar: Oyun planında nöqsanlarımız var
Azərbaycanın "Bakı" klubunun vitse-prezident əvəzi Tunç Afşar azerisport.az saytına verdiyi açıqlamada komandanın oyunu barəsində danışdı.
"Oyun planında nöqsanlarımız var. Vəziyyəti hamımız düzəldmək istəyirik. "Simurq"-la son oyunda meydançaya cəmi iki yeni futbolçu çıxdı. Qalanları isə ötən il ölkə Kubokunu qazananlar oldu. Hələ ki, "Bakı" imkanların 30 faizini göstərir" , - Afşar dedi.
Həmçinin o son turda Aleksandar Şoliçin baş məşqçi Vinfrid Şeferə sərt cavabına da toxundu: "Mən tribunada əyləşmişdim və onun dediklərini eşidə bilmədim. Lakin mən razıyam ki, onun hərəkəti düzgün deyil idi. Şefer isə hesab edir ki, futbolçunun mövqe seçimində problemlər var idi. Yəgin ki, futbolçu bu cür hərəkətə göə cəzalandırılacaq".
