21 sentyabr 2010 14:56
Polşada AVRO-2012-nin ilk arenası açıldı (FOTO)
Polşanın Poznan şəhərində AVRO-2012-nin final mərhələsinin oyunları keçiriləcək stadionlardan birinin açılışı keçirildi. Azerisport.az xəbər verir ki, bütövlükdə Polşada dörd stadion açılacaq. Açılış mərasimində 35 min tamaşaçı iştirak edib. Açılışda məşhur müqənni Stinq də konsert proqramı ilə çıxış edib. Qeyd edək ki, arenanın özü 40 minə yaxın tamaşaçı tutumuna malikdir.
Xatırladaq ki, AVRO-2012-nin oyunları Ukrayna və Polşada keçiriləcək.
