21 sentyabr 2010 15:20
Milito Benitesdən narazıdır
İtaliyanın "Inter" klubunun hücumçusu Diyeqo Milito komandanın baş məşqçisi Rafael Benitesdən narazıdır. Azerisport.az xəbər verir ki, oyunçunun agenti Fernando İdalqonun sözlərinə görə, forvardın Beniteslə arasında münasibət o qədər də yaxşı deyil.
"Diyeqo məşqçinin etimadını hiss etmir. Mourinyonun yanında o özünü daha lazımlı hiss edirdi. Portuqaliyalı mütəxəssis elə etmişdir ki, Diyeqo özünü təhlüksiz və tam rahat hiss edirdi. İndi isə bu belə deyil. Demək olar ki, hazırda Milito sanki mikroskop altındadır. O yenidən qol vurmağa istəyir, lakin həmin etimadı hiss etmir", - İdalqo dedi.
Mənbə: Corriere dello Sport
