21 sentyabr 2010 15:41
XL Xəqani Məmmədovun istefasını tələb edir
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov AFFA-nın İntizam Komitəsinin qərarından narazı qaldı. Xatırladaq ki, Nadirov "Muğan" – XL oyununun baş hakimi Anar Salmanovu cəzalandırmağını tələb edirdi. "Hakimlər Komitəsinin başçısı istefaya getməlidir. Bu Azərbaycan futbolu üçün biyabırçılıqdır", - Nadirov azerisport.az saytına bildirdi.
Bununla vitse-prezident pul cəriməsi ilə razılaşdı. "Yeni nizamnaməyə görə, əgər klubun azərkeşləri meydançaya kənar əşya atırlarsa, o zaman komanda cərimələnir", - Nadirov vurğuladı.
