21 sentyabr 2010 16:40
Fırtına Neftçi üçün sürpriz hazırlayıb
Azərbaycanın "Xəzər-Lənkəran" komandasının "Fırtına" fan-klubu "Neftçi" üçün sürpriz hazırlayıb. Bunu azerisport.az saytına fanat hərəkatının başçısı Rəşad Əzizli bildird.
"Lənkərandaki oyuna bir neçə banner hazırlamışıq. Amma bu haqdaçox az adam bilir. Bannerlər oyun günü hazır olacaq. Orada siz təhqir görməyəksiniz. Bizim məqsədimiz rəqibi ədəbsiz sözlərlə təhqir etməkdə yox, futbola rəng qatmaqdadır" , - "Fırtına"-nın başçısı dedi.
Bununla belə "Fırtına" "Neftçi"-nin azərkeşləri ilə Böyük oyun günü görüşə hazırdır. "Ultra Neftçi" ilə görüşümüz planlaşdırılır. Lakin oyundan sonra. Niyə biz "Neftçi"-nin azərkeşləri ilə düşmənçilik etməliyik? Biz 90-dəqiqə ərzndə rəqibik, oyundan sonra isə onlarla görüşməyə hazırıq. Açığı deyim ki, "Flaqman"-nın fanatları bir az fərqlidir. Onlar artıq özlərini pis tərəfdən göstəriblər", Əzizli dedi. O, həmçinin proqnoz verdi ki, qarşıdaki prinsipial oyun 0:0 hesabı ilə bitəcək.
Xatırladaq ki, XL – Neftçi oyunu bu həftənin sonunda Lənkəranda Azərbaycan çempionatının 7-ci turu çərçivəsində baş tutacaq.
