21 sentyabr 2010 16:56
Aslan Kərimov: Gəncə ilə oyun dönüş anı olacaq
Azərbaycanın "Qarabağ" klubunun kapitanı Aslan Kərimov komandasının qarşıda gələn "Gəncə" ilə oyun və çempionatdaki çıxışları barəsində öz fikirlərini bildirib.
"Gəncə" ilə oyun çətin keçəcək. Hər halda eyniadlı şəhərin komandası hələ də məğlubiyyətin nə olduğu bilmir. Özü də Gəncə hər zaman futbol şəhəri olduğuna görə bu komanda daim fərqli futbol oynamağı bacarır. Amma biz də qələbə qazanmalıyıq. Meydana qələbə üçün çıxacağıq. Bilirsiz, son oyunlarda xal itirməyimizi çox şeylə əlaqələndirmək olar. Amma bir şeyi unutmaq lazım deyil ki, "Qarabağ"iyulun 1-indən rəsmi oyunlara çıxır. Üçaylıq müddətdə komandanın müəyyən enişin olması normaldır. Avroliqadan sonra milli çempionata alışmaq üçün müəyyən vaxt tələb edilir. Amma inanıram ki, "Gəncə" ilə oyun dönüş anı olacaq. Zənnimcə, qazanılacaq bir qələbə bizi yenidən reysə salacaq. Mənim oynamamağıma gəlincə, hamımızın məqsədi "Qarabağ"-a xidmət etməkdir. Komandada 24 futbolçu var. Hamının oynamaq imkanı olacaq. Ona görə də belə şeyə fikir vermək lazım deyil. Kimin oynamasından asılı olmayaraq"Qarabağ"-da hamı qələbə qazanmaq istəyir", - azerisport.az xəbər verir ki, bunu Kərimov klubun rəsmi saytına bildirdi.
