Rusiya klubların futbolçuları Azərbaycan millisinə çağırılıb
Sentyabrın 26-dan oktyabrın 6-dək Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanışa dəvət olunan futbolçular arasında Moldova və Rusiya klubların təmsilçiləri də var: Tural Məmmədli ("Neftçi"), Elşən Abdullayev ("Neftçi"), Oruc Balaşlı ("Qəbələ"), Rəşad Əzizov ("İnter"), Məqsəd İsayev ("Neftçi"), Elnur İsmayılov ("Daçiya", Moldova), Samir İbrahimov ("Sumqayıt"), Samir Rüstəmli ("Neftçi"), Mahir İbrahimov ("Bakı"), Mətin Əbilsoy ("Bakı"), Fuad Bayramov ("İnter"), Azər Salahlı ("İnter"), Haqverdi Yusifov ("Bakı"), Əskər Nəcəfəliyev ("Rubin", Rusiya), Emil Balayev ("Neftçi"), Abasət Cəfərov ("Neftçi İSM"), Nurlan Əhmədov ("Bakı"), Teymur Qurbanov ("Elektroavtomatika", Rusiya), Teymur Quliyev ("Sumqayıt").
