21 sentyabr 2010 17:34
Del Pyero: Juventus yeni dövrə başlayır
İtaliyanın "Juventus" klubunun kapitanı Alessandro del Pyero hesab edir ki, yenilənmiş komanda qarşısında turnir məqsədləri qoymağa mənasızdır. Azerisport.az xəbər verir ki, futbolçunun sözlərinə görə, indi əsas məqsədləri "Juve"-ni əvvəlki səviyyəsinə qaytarmaqdadır.
"Baş məşqçi Luici del Neri açıq-aşkar məqsədlər qoydu. Mən onun tərəfindəyəm. "Juventus" yeni dövrə başlayır: rəhbərlik, baş məşqçsi dəyişildi, yeni futbolçular gəldi. Hətta tibbi personal da dəyişdi. Lakin bu o demək deyil ki, biz məqsədlərimizi necəsə məhdudlaşdırmalıyıq. İndi biz "Juve"-ni əvvəlki səviyyəsinə qaytarmalıyıq", - del Pyero dedi.
Mənbə: Corriere dello Sport
