21 sentyabr 2010 00:11
Avstriya Azərbyacanla oyundan öncə itkilərlə üzləşdi
Avstriya yığmasının yarımmüdafiəçisi David Alaba dizindən ciddi zədə aldı. Azerisport.az Avstriya mətbuatına istinadən xəbər verir ki, Almaniyanın "Bayern Münich" klubunun 18-yaşlı futbolçusu AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Bundan başqa yarımmüdafiə xəttinin digər futbolçusu, "Rapid" komandasının şərəfini qoruyan Kristofer Drajan da millimizlə oyunu zədə səbəbindən buraxmalı olacaq.
Xatırladaq ki, həmin oyun oktyabrın 8-də Vyanada baş tutacaq.
