21 sentyabr 2010 12:41
Azərbaycan İspaniyaya yollanır
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması oktyabrın 11-dən 16-dək Portuqaliyada Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak edəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirə hazırlıq məqsədilə yığmamız sentyabrın 27-dən oktyabrın 1-dək Almaniyanın Frankfurt, oktyabrın 1-dən 9-dək isə İspaniyanın Xerez şəhərində təlim-məşq toplanışı keçirəcək.
