22 sentyabr 2010 13:49
İtaliyanı "basdıran" hakim narkotika daşınmasına görə tutulub
Ekvadorlu hakim Bayron Moreno Nyu-Yorkda Kennedi adına hava limanında narkotika daşınmasında şübhəli bilinir. Azerisport.az xəbər verir ki, hakimin üzərində keçirilən baxışdan sonra heroinlə dolu konteynerlər aşka olundu. Bütövlükdə onun üzərində 10 kq heroin tapıldı.
Xatırladaq ki, Moreno DÇ-2002-də Cənubi Koreya – İtaliya oyununda qalmqallı hakimliyi ilə tanındı.
